“Roma” Anhelinyonu heyətinə qatır. İtaliya klubu “Leypsiq”in sağ cinah müdafiəçisini yayadək icarəyə götürür.

Futbolinfo.az xəbər verir ki, “canavarlar” 27 yaşlı ispaniyalını mövsümün sonunda heyətinə də qata bilər. Razılığa əsasən, 6 milyon avro ödəniləcəyi halda Almaniya klubu futbolçunu buraxmağa məcbur olacaq.

“Leypsiq”in 2021-ci ilin yayında “Mançester Siti”dən 18 milyon avroya transfer etdiyi oyunçu daha əvvəl “Hoffenhaym” və “Qalatasaray”da icarədə olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp