AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək “Turan Tovuz”un əsas komandasının məşqçi və futbolçu heyəti ilə görüşüb.
Futbolinfo.az Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komitə rəhbəri komanda üçün oyun qaydaları üzrə seminar keçib.
Seminarda oyun qaydalarındakı yeniliklər haqqında məlumat verilib. Şimşək seminar iştirakçılarının oyun qaydaları ilə bağlı suallarını cavablandırıb.
Sonda müxtəlif matçlardan seçilmiş epizodlar müzakirə edilib.