Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

“İstanbulspor” – “Samsunspor” və “Kayserispor” – “Antalyaspor” matçlarında qalib müəyyənləşməyib. “Trabzonspor” evdə “Kasımpaşa”ya uduzub. “Qalatasaray” isə “Qaziantep” üzərindəki əzmkar qələbəylə “Fənərbaxça”nın xal fərqini artırmasına imkan verməyib.

Hazırda 60 xala malik “Fənərbaxça” ilə “Qalatasaray” şərikli liderliyi davam etdirirlər. “Trabzonspor” 37 xalla 3-cü, “Beşiktaş” 36 xalla 4-cü, “Rizəspor” 35 xalla 5-cidir.

Türkiyə Super Liqası
23-cü tur

27 yanvar

Alanyaspor – Pendikspor 1:1
Qollar: Fer, 82 – Tiam, 78.

Adana Dəmirspor – Hatayspor 0:1
Qol: Nani, 44-öz qapısına.

28 yanvar

Konyaspor – Başakşəhər 2:3
Qollar: Prip, 8; 14 – Pyontek, 67-pen; 79; 90+2.

Fatih Karagümrük – Rizəspor 4:0
Qollar: V.Eysserik, 38. S.Dursun, 66-pen. L.Mercan, 75. C.Keleş, 85.

Sivasspor – Beşiktaş 1:0
Qol: Manay, 6.

Fənərbaxça – Ankaragücü 2:1
Qollar: C.Ündər, 20; 32 – T.Cigerci, 13-pen.

29 yanvar

İstanbulspor – Samsunspor 1:1
Qollar: E.Gültəkin, 54 – E.Kılınc, 72.

Kayserispor – Antalyaspor 1:1
Qollar: A.Karimi, 61 – Larsson, 31.

Qalatasaray – Qaziantep 2:1
Qollar: Zaha, 72. B.A.Yılmaz, 89 – A.Kızıldağ, 29.

Trabzonspor – Kasımpaşa 2:3
Qollar: E.Destan, 19. P.Yıldırım, 90+1 – A.Kara, 47. Hayradinoviç, 58-pen. Da Kosta, 75.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp