Türkiyə 1-ci liqasında 20-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” bu turda “Şanlıurfaspor”la qarşılaşıb.

Səfərdə baş tutan oyun “Boluspor”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Vüsal start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.

“Boluspor” bu nəticədən sonra 29 xalla 9-cu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp