Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Kocaelispor”un heyətində keçirdiyi ilk oyununa görə qiymətləndirilib.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı forvard debüt matçını TFF I Liqanın 20-ci turunda “Altay”a səfərdə keçirib. Start heyətində meydana çıxan Şeydayev 72 dəqiqə mübarizə aparıb.

Onun performansı yerli media və “Kocaelispor” azarkeşləri tərəfindən bəyənilib. Forvardın çıxışı gələcəyə ümid verib: “Şeydayevin ümumi çıxışı ümidverici oldu. Birinci hissədə hətta bir epizodda qol vurmağa da yaxın oldu. Azarkeşlər ona müsbət qiymət verdilər. “Kocaelispor”a fayda verəcəyini ilk oyununda göstərdi”.

Qeyd edək ki, görüş “Kocaelispor”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kocaeli təmsilçisi hazırda 39 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp