Azərbaycan Premyer Liqasında 2023-24 mövsümünün ən gec qolu vurulub. Bu, 20-ci turun “Zirə” – “Sabah” oyununda baş verib.

Zirə İdman Kompleksinin stadionunda baş tutan matçın 90+9-cu dəqiqəsində qonaq komanda penaltini dəqiq yerinə yetirərək, 1:0 hesablı qələbə qazanıb. Bu isə cari mövsümün ən gec vurulan qoludur.

Buna qədər ən gec qol 11-ci turun “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasında qeydə alınmışdı. Naxçıvanlıların 2:1 hesablı qələbə qazandığı görüşdə ağdamlıların heyətində Olavio Juninyo 90+7-ci dəqiqədə fərqlənmişdi.

Ümumiyyətlə, cari mövsüm komandalar 22 dəfə əlavə olunmuş dəqiqələrdə rəqibi cəzalandırmağı bacarıblar. Bunun 5-i birinci, 17-si isə ikinci hissəyə əlavə edilmiş vaxtda olub.

Shares: