Ağcabədidə güləş idman növü üzrə rayon birinciliyi keçirilib. Yarış gənclər və idman sektorunun illik tədbirlər planına uyğun olaraq təşkil edilib və şəhidlərin xatirəsinə həsr olunub.

Rayon birinciliyi Ağcabədi Olimpiya İdman Kompleksində baş tutub.

Keçirilən yarışda ümumilikdə 40 idmançı iştirak edib. Yekunda ayrı-ayrı çəki dərəcələrində müvafiq olaraq I, II və III yeri tutan idmançılara Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp