Azyaşlı uşaqların fiziki və mənəvi tərbiyəsində idmanın rolu danılmazdır. Alimlərin araşdırmalarına görə, idman oyunları uşaqların fiziki inkişafı üçün unikal vasitədir. Bu oyunlar onların düzgün inkişafını təmin edir.

Məktəbəqədərki dövr insan həyatının vacib hissəsidir. Məhz bu dönəmdə uşaqların fiziki vəziyyətinin təməli qoyulur. Bu yaşda sağlamlığın bazası yaranır, hərəkətlilik vərdişləri müəyyənləşir.

Uşaqların az hərəkətli olması zəmanəmizin aktual problemlərindəndir. Belə passivlik uşağın səhhətinə ömürlük təsir göstərir. Xüsusilə də hərəkətin az olması qan-damar sisteminin düzgün işləməsində problemlərə yol açır. Bu da ümumi sağlamlığın pisləşməsi deməkdir.

Uşaq fəaliyyətinin istənilənin növünün əsas komponenti hərəkətdir. Bu hərəkət daha çox oyunlarda özünü göstərir. İdman oyunları ilk növbədə hərəkət etmək deməkdir.

Bu, təkcə sevilən bir fəaliyyət növü deyil, həm də uşaq həyatının bir hissəsidir. Oyunlar zamanı uşaqlar həm də özlərini böyüklərdən sərbəst hiss edirlər. Oynayarkən uşaq ətraf mühitlə təmasda olur, onu anlamağa çalışır. Məhz bu idman oyunları zamanı uşağın intellekti, dünyagörüşü, fantaziyası, sosial keyfiyyətləri formalaşır.

6453712f4f54a47489c7a6833eb62f5f - Futbolinfo.az

İdman oyunları zamanı hərəkət səhhətə müxtəlif formada təsir göstərir. İlk növbədə sinir, ürək-damar, tənəffüs sistemi yaxşılaşır. Fiziki cəhətdən inkişaf əmələ gəlir. Məhz bu səbəbdən də uşaqlara körpə yaşlarından, məktəbəqədər dönəmdə idmana və bədən tərbiyəsinə sevgini aşılamaq lazımdır.

İdman oyunları fiziki inkişafın universal vasitəsidir. Bu vasitə bütün həyat boyu aktuallığını itirmir. Futbol, basketbol, voleybol və digər oyunlarla məşğuliyyət uşaqlarda komanda ruhunun da yaranmasına gətirib çıxarır. Uşaq formalaşarkən özünü dünyada tək hiss etmir, bu da onda eqoistlik hissinin yaranmasına mane olur.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp