“Forbes” jurnalı dünyanın ən bahalı idman imperiyalarının siyahısını dərc edib. Ardıcıl ikinci ildir ki, Formula 1-in sahibi olan “Liberty Media” dünyanın ən qiymətli idman imperiyası sayılıb.

“Liberty Media”nın ümumi aktivlərinin dəyəri 18,22 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bu, keçən illə müqayisədə 12% azdır, lakin azalma, 2023-cü ilin iyulunda “Liberty Media”nın sahibi olduğu “Atlanta Braves” beysbol klubunun aktivlərini başqa bir şirkətə verməsi ilə əlaqədardır.

Reytinqdə ikinci yeri “Kroene Sports and Entertainment” şirkəti tutub. Amerika futbolu komandası “Los-Anceles Rams”, MBA-da son çempion “Denver Nuggets” və Londonun “Arsenal” klubuna sahib olan şirkətin sərvəti 15,59 milyard dollardır. Bu da keçən illə müqayisədə 22% artım deməkdir.

İlk üçlüyü 12,95 milyard dollar dəyərə malik sərvəti ilə “Fenway Sports Group” tamamlayır. Şirkətin dəyəri keçən illə müqayisədə 25% artıb. Qrupun aktivlərinə “Boston Red Soks” beysbol komandası, “Pittsburq Pinqvins” hokkey komandası və “Liverpul” futbol klubu daxildir.

“Fenway Sports Group” keçən il “Aston Martin” komandasında pay almış “Arctos Partner” şirkətinin minoritar səhmdarı olmaqla, həm də dolayı yolla Formula 1 ilə də bağlıdır.

Shares: