Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox qol vurmuş müdafiəçilərin siyahısını tərtib edib.

Futbolinfo.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə hazırda İspaniyanın “Sevilya” klubunda çıxış edən Serxio Ramos qərarlaşıb.

37 yaşlı müdafiəçi 137 qolla yadda qalıb. Şotlandiyanın “Reyncers” komandasından Ceyms Taverni (105 qol) ikinci, Estoniya təmsilçisi “Levadiya”dan Markus Yurqenson (85 qol) üçüncü sıradadır.

Ramos karyerası ərzində İspaniyanın “Real” və Fransanın PSJ klublarının da formasını geyinib.

Shares: