“Neftçi”nin zədəli futbolçularının son durumu açıqlanıb.

Futbolinfo.az xəbər erir ki, hazırda 3 futbolçu kollektivdən ayrı düşüb.

Azərbaycan Premyer Liqasının XX turunda “Qəbələ” ilə keçirilən matçdan (3:1) əvvəl məşq zamanı zədələnən qapıçı İvan Brkiç müalicə prosesini davam etdirir. Bir müddətdir zədədən əziyyət çəkən vinger Kilan Lebon fərdi hazırlaşır. Asiya Kubokunda çıxışını başa vuran Fələstin yığmasının heyətində yer alan yarımmüdafiəçi Ataa Caber isə orada bir müddət müalicə keçdikdən sonra Bakıya qayıdacaq.

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyununu yanvarın 31-də səfərdə “Sumqayıt”a qarşı keçirəcək.

Shares: