Marsel “Olimpik”i iki futbolçusu ilə vidalaşmağa hazırlaşır. Onların hər ikisini “Cenoa” transfer edəcək.
Futbolinfo.az xəbər verir ki, İtaliya klubu Vitinyanı icarəyə götürəcək. Oyunçu özünü doğruldarsa, yayda 25 milyon avro qarşılığında birdəfəlik transfer də mümkündür. Fransaya ötən ilin yanvarında “Braqa”dan 32 milyon avroya gələn 23 yaşlı potuqaliyalı hücumçudur.
“Cenoa”nın digər hədəfi Ruslan Malinovskidir. Marsellilər yayda 10 milyon avroya “Atalanta”dan alıb genuyalılara icarəyə verdiyi 30 yaşlı ukraynalı yarımmüdafiəçi Fransaya qayıtmaq istəmir. “Olimpik” yayda 7 milyon avro qarşılığında futbolçunun A Seriyasında birdəfəlik qalmasına etiraz etməyəcək.