PSJ Kilian Mbappenin gedişinə hazırlaşır. Parislilər Fransa millisinin üzvünü saxlaya bilməyəcəyinə əmin olub. Bu səbəbdən yayda onun boşaldacağı sol cinah hücumçusu mövqeyinə yeni transfer planlanır.

Futbolinfo.az Fransa mətbuatına istinadla xəbər verir ki, PSJ yenidən Rafael Leaonun transferinə köklənib. Portuqaliyalı hücumçunu heyətinə qatmaq üçün bir neçə cəhdi uğursuz olan parislilər yenidən “Milan”ın qapısını döyməyə hazırlaşır. Onları müqaviləsini yeniləmiş futbolçunun sərbəst qalması üçün tələb olunan 175 mlyon avroluq bənd də narahat etmir.

İtaliya klubu ötən yay müqaviləsinin müddətini 2028-ci ilədək uzadan 24 yaşlı portuqaliyalını buraxmaq istəmir. Lakin tələb olunan məbləğ ödəniləcəyi halda başqa çıxış yolu qalmayacaq. Anqola əsilli oyunçu özü də daha yaxşı maaş təklifinə “yox” deməyəcək.

Shares: