Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun gününün ikinci görüşü “Sabah”la “Qarabağ” arasında baş tutub.
Məhsuldar keçən bu oyunda qonaqlar qalib gəliblər. Ağdam klubu rəqibini darmadağın etməklə cütün taleyini elə ilk oyunda həll edib.
“Araz-Naxçıvan” – “Qəbələ” və “Sumqayıt” – “Neftçi” oyunları sabah keçiriləcək.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
30 yanvar
“Sabah” – “Qarabağ” 1:7
Qollar: Jesse Sekidika, 63 – Hamidu Keyta, 20. Olavio Juninyo, 28; 55. Nəriman Axundzadə, 45+3. Abdullah Zubir, 77; 90+3. Adama Diakabi, 87.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Bank Respublika Arena”, 19:00
Sabah: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 75. Emil Həbibov, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 14. İshak Belfodil, 7. Boyan Letiç, 28. Kahim Parris, 12. Vensan Till, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.
Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 11. Adama Diakabi, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.