“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, evdə 1:2 hesabı ilə uduzduqları matçdan sonra bunları söyləyib:
“Dramatik oyun oldu. Kuboka layiq futbol getdi. Hər iki komanda qələbəyə layiq idi. Optimal heyəti tapmaq üçün neçə oyundur çətinlik çəkirdik. Bu gün tapdıq optimal heyəti. Hələ heç nə bitməyib. Birinci hissə qutardı, ikinci yarı Zirədə olacaq. Komanda ikinci hissədə yaxşı oynadı. İndiyə qədər hücumda bu qədər fəal oynamırdıq. Stabil heyətin tapılmaması oyunumuza təsir edirdi. Fasilədən sonra hücumda idik. Bəsit qollar buraxırıq. Bu, məni narahat edir. Gələcəyə nikbin baxmaq üçün nəsə var. Komanda düz yoldadır. Daha yaxşı olacağıq. Davamı Zirədə olacaq. Çalışacağıq ki, əvəzini çıxaq. Rəqibə çempionatda uğurlar arzulayıram. Bir qol oyunun taleyini həll edib, uzatmalara apara bilər. Çox da şanssız deyilik. Şansımız daha çoxdur. İkinci yarıdakı oyunumuz cavab matçına nikbin baxmağa imkan verir”.