“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Araz-Naxçıvan”la ilk oyununun hazırlığını başa vurub.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Bakı Olimpiya Stadionunun köməkçi meydançasında məşq edib.
Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan hazırlıq prosesində komanda toplu və topsuz çalışmaları yerinə yetirib.
Ahmed Ayzaya qarşılaşmanın hazırlığında iştirak etməyib. Yarımmüdafiəçi bərpa prosesi keçir. Mozambik millisinin heyətində qatıldığı Afrika Millətlər Kubokunda yüngül zədə alan Klesio Bauk isə fərdi məşqlərə başlayıb.
Sabah “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.