Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Portuqaliyanın “Braqa” klubu bir neçə futbolçu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, Portuqaliya təmsilçisini Luis Asue də tərk edib. Forvard “Moreyrense”yə keçib.
Dioqo Fonseka “Eştrela Amadora”da icarə əsasında oynayacaq.
“Qarabağ” və “Braqa” arasında Avropa Liqasının pley-off mərhələsinin matçları fevralın 15-22-də keçiriləcək.