Gənc istedadları heyətinə qatıb sonra satmaqla məşhurlaşan “Lill” yeni transferə hazırlaşır. Fransa klubu bu dəfə axtardığını Norveçdə tapıb.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Valerenqa”dan Andrey İliçi transfer etmək üzrədir. Norveçlilər bu keçidə görə 4 milyon avro qazanacaq. Razılıq əldə olunub, futbolçu tibbi müayinədən uğurla keçsə, uzunmüddətli müqavilə imzalanacaq.
23 yaşlı serb “Partizan” yetirməsidir. O, “Valerenqa”ya 6 ay öncə Latviyanın RFS klubundan keçmişdi. Norveçlilərlə 4 illik müqavilə bağlayan mərkəz hücumçusu ötən yay Bakıya gəlmişdi. Konfrans Liqasında RFS-in heyətində “Sabah”a qarşı oyunda 84-cü dəqiqədə meydana çıxan futbolçu, Latviyadakı ilk görüşə start heyətdə başlamışdı.