“Mançester Yunayted”in qapıçısı Andre Onana Kamerun millisindəki karyerasını başa vurur.
Futbolinfo.az “Daily Mail”ə istinadən xəbər verir ki, 27 yaşlı qolkiper Afrika Millətlər Kubokunun oyunlarından sonra bu qərarı verib.
“Mançester Yunayted”də əsas qapıçı olan Onana turnirdə 4 oyundan yalnız birində iştirak etməsindən narazı qalıb. Futbolçunun Kamerun Futbol Assosiasiyasının prezidenti Samuel Eto ilə münasibəti də yaxşı deyil.
Onana 2022-ci ilin dekabrında millidən getdiyini açıqlayıb. Ancaq o, sonradan yığmaya qayıdıb.