Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun “Sumqayıt”la “Neftçi” arasında baş tutub. Beş qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Daha öncə “Zirə” səfərdə “Səbail”ə (2:1), “Qarabağ” isə “Sabah”a (7:1) qalib gəlib. “Araz-Naxçıvan”la “Qəbələ” arasındakı ilk oyunda isə qalib müəyyənləşməyib – 1:1.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları

31 yanvar

“Sumqayıt” – “Neftçi” 2:3
Qollar: Elvin Bədəlov, 60. Kazimir Ninqa, 89 – Yeqor Boqomolski, 29. Emin Mahmudov, 44-pen; 45+1.
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
“Kapital Bank Arena”, 19:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 10. Kamran Əliyev.
Baş məşqçi: Samir Abasov.
Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 88. Brayan Moreno, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

Shares: