“Speedcafe” nəşri 2024-cü ildə Formula 1 pilotlarının maaşları barədə təxmini məlumat verib.

Yeni mövsümdə maaş baxımından liderlər “Mercedes” pilotu Lyuis Həmilton və “Red Bull”un üzvü Maks Ferstappen olacaq. Hər ikisinin bu çempionata görə 55 milyon dollar alacağı gözlənilir. “Ferrari” sürücüsü Şarl Leklerin bu il məvacibi 30 milyon dollar təşkil etməlidir. Onun maaşının gələcəkdə əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

2024-cü ildə Formula 1 pilotlarının təxmini maaşları:

Lyuis Həmilton (Mercedes) – 55 milyon dollar

Maks Ferstappen (Red Bull) – 55 milyon dollar

Şarl Lekler (Ferrari) – 30 milyon dollar

Lando Norris (McLaren) – 25 milyon dollar

Corc Rassel (Mercedes) – 13 milyon dollar

Serxio Peres (Red Bull) – 10 milyon dollar

Karlos Sayns (Ferrari) – 10 milyon dollar

Valtteri Bottas (Steak) – 10 milyon dollar

Esteban Okon (Alpin) – 6 milyon dollar

Fernando Alonso (Aston Martin) – 5 milyon dollar

Pyer Qasli (Alpin) – 5 milyon dollar

Kevin Maqnussen (Haas) – 5 milyon dollar

Oskar Piastri (McLaren) – 3 milyon dollar

Aleksandr Albon (Williams) – 3 milyon dollar

Daniel Rikkardo (RB) – 2 milyon dollar

Lance Stroll (Aston Martin) – 2 milyon dollar

Niko Hülkenberq (Haas) – 2 milyon dollar

Quanyu Jou (Steak) – 2 milyon dollar

Yuki Tsunoda (RB) – 1 milyon dollar

Loqan Sarcint (Steak) – 1 milyon dollar

Shares: