Bərdədə cüdo üzrə rayon birinciliyi keçirilib. Yarış 2008-2010, 2011-2013 və 2014-2016-cı il təvəllüdlü oğlan və qızlar arasında reallaşıb.

Futbolinfo.az xəbər verir ki, yarışda müxtəlif yaş kateqoriyalarından 14 çəki dərəcəsi üzrə 52 idmançı mübarizə aparıb.

I, II və III yerləri tutmuş idmançılar Qarabağ Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və medalları ilə təltif olundular. Qalib gələn cüdoçular Bakıda keçiriləcək Azərbaycan birinciliyinə vəsiqə əldə ediblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp