“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sumqayıt” ilk 15 dəqiqədə yaxşı oynadı. Biz birinci hissənin ortalarına yaxın yaxşı oynamağa başladıq. Bunun nəticəsində qollar vura bildik. İkinci yarıda müəyyən səhvlər oldu. Buna görə də iki qol buraxdıq. Yenə qol vura bilərdik. Hazırki vəziyyətdə bizim şansımız daha çoxdur. Biz düşünmüşdük ki, artıq oyunun taleyi həll olunub. Amma sonra oyuna nazarəti itirdik. Cərimə meydançasına yaxın yerlərdə səhvlər etdik. Bu səhvlərin nəticəsində qollar buraxdıq”.

Shares: