Asiya kubokunda 1/8 final mərhələsi başa çatıb.

Futbolinfo.az xəbər verir ki, bu gün son iki oyun baş tutub.

Yaponiya yığması Bəhreynə, İran isə Suriyaya qalib gələrək növbəti mərhələyə yüksəlib.

Daha öncə Avstraliya, Tacikistan, İordaniya, Qədər, Özbəkistan və Cənubi Koreya yığmaları da 1/4 finala vəsiqə qazanmışdılar.

Asiya kuboku
1/8 final

31 yanvar

Bəhreyn – Yaponiya 1:3
Qollar: Suzuki, 64-öz qapısına – Doan, 31. Kubo, 49. Ueda, 72.

İran – Suriya 1:1 (penaltilər 5:3)
Qollar: Taremi, 34 – Xribin, 64-pen.

Artıq 1/4 finalda hansı komandaların üz-üzə gələcəyi də məlumdur:

Tacikistan – İordaniya
Avstraliya – Cənubi Koreya
İran – Yaponiya
Qətər – Özbəkistan

Shares: