Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, 67 yaşlı mütəxəssis ölkəmizdə çalışdığı dönəmi də xatırlayıb.

O, millimizin son durumunu qısa da olsa, dəyərləndirib: “Azərbaycan futbolunun daha yüksək profillərlə rəqabətə ehtiyacı var. Qanunu diqtə edən komanda hər kəsə qalib gəlir. Azərbaycan millisində hələ də yaxşı, maraqlı elementlər var. Amma böyümək mütləqdir. Yığmadakı təcrübəmiz müsbət idi, çox məmnunluq duyduq”.

Qeyd edək ki, Canni de Byazi 2020-2023-cü illərdə Azərbaycan yığmasını çalışdırıb.

Shares: