“Sabah”ın sabiq qapıçısı Alvaro Villete növbəti dəfə komandasını dəyişib.
Futbolinfo.az xəbər verir ki, uruqvaylı qolkiper bu dəfə Venesuelaya köçüb. O, “Metropolitanos” klubu ilə müqavilə bağlayıb.
2021-ci ilin yayında “Sabah”dan ayrılan 32 yaşlı futbolçu 2 il yarım ərzində artıq 4-cü dəfə komanda dəyişib. Son olaraq ötən ilin yanvarında Peru təmsilçisi “Sport Boys”da çıxış edən Villete orada cəmi bir il qala bilib.
Qeyd edək ki, Alvaro Villete 2020-21 mövsümündə icarə əsasında “Sabah”ın formasını geyinib.