“Roma” hücumçusu Andrea Belottini icarəyə verib.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı forvard karyerasını “Fiorentina”da davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belotti 2023/24 mövsümünün sonunadək “Fiorentina”da oynayacaq.

Belotti 2022-ci ildən “Roma”da çıxış edir. Təcrübəli hücumçu bu mövsüm komandanın heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 6 qol vurub və 2 qolun ötürməsini verib. Futbolçunun “Roma” ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.

Shares: