Qabriel Paulista klubunu dəyişib. 33 yaşlı braziliyalı müdafiəçi İspanyada bir şəhərdən digərinə köçüb.

Futbolinfo.az xəbər verir ki, “Valensiya”nın 2017-ci ilin yayında “Arsenal”dan 11 milyon avroya transfer etdiyi oyunçu ilə yeni müqavilə bağlanmayıb. O, “Atletiko”ya yollanmağı lazım bilib. Madrlilər azad agent kimi gələn cənubi amerikalı ilə 6 aylıq razılıq əldə edib.

“Atletiko” Çağlar Söyünçünü “Fənərbağça”ya icarəyə göndərdiyi üçün Qabrielə ehtiyat qüvvə gözü lə baxır. Paulista bu müddətdə özünü doğruldarsa, daha bir illik anlaşma imzalanması mümkündür.

Shares: