İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Qəbələ” oyununun 75-ci dəqiqəsində “Qəbələ” klubunun 4 nömrəli futbolçusu Lukas Afriko ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Qəbələ” klubu 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilib.