İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

U-16 Liqasında keçirilən “Qəbələ” İK – “Qarabağ” FK oyununda “Qəbələ” İK komandasının heyətində 5 nömrəli futbolçu Rəvan Poladlı qarşılaşmanın 57-ci dəqiqəsində rəqibi vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-16 Liqasında keçirilən “Qəbələ” İK – “Qarabağ” FK oyununda “Qəbələ” İK komandasının heyətində 17 nömrəli futbolçu Əfqan Əliyev qarşılaşmanın 57-ci dəqiqəsində rəqibi vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-16 Liqasında keçirilən “Qəbələ” İK – “Qarabağ” FK oyununda “Qarabağ” FK komandasının heyətində 4 nömrəli futbolçu Rəşid Tariverdiyev qarşılaşmanın 57-ci dəqiqəsində rəqibi vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-16 Liqasında keçirilən “Qəbələ” İK – “Qarabağ” FK oyununda “Qarabağ” FK komandasının heyətində 5 nömrəli futbolçu Abdulaziz Cabbarlı qarşılaşmanın 57-ci dəqiqəsində rəqibi vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün görə 4 oyun cəzalandırılıb.

Region Liqasında keçirilməli olan “Bərdə” FK – “Şəki” FK oyunu “Şəki” FK komandası matça gəlmədiyi üçün baş tutmadığına görə “Şəki”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Shares: