Avroliqada 24-cü tura yekun vurulub. Dünən keçirilən 4 oyunun heç birində sona qədər gərgin mübarizə olmayıb. Xüsusilə də Litvada keçirilən qarşılaşmada darmadağın qeydə alınıb.

“Jalgiris” komandası ilk saniyələrdən fərq yaradaraq “Anadolu Efes”in ümidlərini puç edib. Nəticədə Kaunas təmsilçisi 96:70 hesabı ilə qələbə qazanıb.

İkinci yer uğrunda mübarizə aparan “Barselona ilə “Virtus”un oyununda meydan sahibləri inamlı qələbə qazanıblar. Kataloniya təmsilçisi 79:62 hesablı qalibiyyətlə mövqeyini möhkəmləndirib. İtaliya komandası isə bu məğlubiyyətdən sonra üçüncü yeri də əldən verib.

Monakoda yerli komanda “Partizan”a aman verməyib – 85:70. “Panatinaikos” isə evdə “Milan”dan 79:62 hesabı ilə üstün olub.

Bu nəticələrdən sonra “Panatinaikos”, “Fənərbağça” və “Virtus”un xalları bərabərləşib.

Shares: