Latviya hökuməti öz ölkəsinin milli komandalarına Rusiya yığması ilə oynamağa qadağa qoyub. Fevralın 1-də hökumət bunu rəsmi şəkildə qanuniləşdirib. Bundan sonra ölkə ərazisində Rusiya və Belarus idmançıları ilə birlikdə idman yarışı keçirilmək qadağandır. Həmin ölkənin yığma komandaları ilə başqa ərazilərdə oynamağa da icazə verilmir.

Qeyd edək ki, qadağa həm yeniyetmə, həm də əsas milli komandalara şamil edilir. Hətta Rusiya və Belarus idmançılarının neytral statusda çıxışı da qadağanı ləğv etmir.

Qanunun əsas məqsədi Ukrayna ilə həmrəyilyi ifadə etməkdir. Latviya hökuməti Rusiyanın “idman yolu ilə qəsbkarlığı qanuniləşdirmək” cəhdlərinin qarşısını almaq istəyir. Məhz bu qeyd qanunun izahında yazılıb.

Shares: