“Neftçi” PFK Azərbaycan futbolu tarixində daha bir ilkə imza atır.
Futbolinfo.az xəbər verir ki, “Top səndə” layihəsini pilot çərçivədə həyata keçirəcək.
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində fevralın 9-da “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Sumqayıt” matçında “ağ-qaralar”ın ilk qolunun müəllifinin rəqib qapısından keçirdiyi top qolu vuran futbolçu tərəfindən imzalanacaq və klubun stadionda yerləşən fan mağazasında satışa çıxarılacaq.
Satışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.