“Qalatasaray” klubu futbolçusu Sedrik Bakambunu İspaniya təmsilçisi “Betis”ə satıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında razılığa əsasən, konqolu hücumçunun transferi “Cim-Bom”a 5 milyon avro qazandırıb.
İstanbul nəhəngi 32 yaşlı ön xətt oyunçusunun performansına uyğun olaraq daha 5 milyon avro bonus əldə edə bilər. Bakambu La Liqa təmsilçisi ilə 2,5 illik müqavilə bağlayıb.
Sedrik Bakambu “Qalatasaray”a 2023-cü ilin yayında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” klubundan keçib. Hücumçu daha əvvəl, 2015-2017-ci illərdə İspaniyada “Vilyarreal”ın formasını geyinib.