Boliviya millisinin keçmiş müdafiəçisi Serxio Xauregi Meksikada həvəskar futbol matçı zamanı güllələnərək qətlə yetirilib.

Futbolinfo.az xəbər verir ki, 38 yaşlı veteran futbolçu su içmək üçün yan xəttə yaxınlaşıb. Bu vaxt naməlum şəxs onun yanına qaçaraq, odlu silahdan 6 dəfə atəş açaraq öldürüb.

Axtarışları davam edən cinayətkarı hələlik tapmaq mümkün olmayıb.

Serxio Xauregi peşəkar karyerasını 2012-ci ildə başa vurub. Veteran futbolçu 2004-2005-ci illərdə Boliviya millisinin heyətində 13 oyun keçirib. Bunlardan 9-u dünya çempionatının seçmə mərhələsinə təsadüf edib.

Shares: