Milli Basketbol Assosasiyası yanvar ayı üçün ən yaxşı oyunçuları elan edib. Qərb konfransında ən yaxşı “Finiks Sans”ın müdafiəçisi Devin Buker seçilib. Şərqdə isə ən yaxşı adına “Klivlend Kavalers”dən Donovan Mitçel layiq görülüb.

Bu ay Finiks komandası 16 oyunun 11-də qalib gəlib. Hazırda komanda Qərb konfransında 6-cı pillədədir. Bu ay ərzində Buker orta hesabla hər oyunda 30 xal toplayıb.

c3e1eedd 90d4 4e7e bd17 dabd92004181 - Futbolinfo.az

“Klivlend Kavalers” isə yanvar ayında 11 oyunda qalib gəlib. Komanda 1 ay ərzində yalnız 2 görüşdə məğlub olub. Komanda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Donovan Mitçellin bu ərzində orta göstəriciləri oyun başına 28,6 xal, 5,2 ribaund və 7,6 asist təşkil edib.

78db6809 2f1b 4d57 88bf 415a1865bedc - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp