“Anadolu Efes” komandası baş məşqçini istefaya göndərdikdən sonra onun yerinə təyin olunacaq ismi müəyyənləşdirib. Türkiyə mətbuatının məlumatına görə, komandanı istefaya göndərilmiş Erdem Canın köməkçisi Tomislav Miyatoviç çalışdıracaq.

Xatırladaq ki, 2 gün əvvəl “Anadolu Efes” Litvada “Jalgiris”ə məğlub olduqdan sonra turnir cədvəlində vəziyyətini xeyli çətinə salmışdı. Oyundan sonra komandanın rəhbərliyi Erdem Canı istefaya yollamışdı. Plana əsasən, Miyatoviç mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək. Qeyd edək ki, o, 2010-cu ildə “Anadolu Efes”də çalışır.

Erdem Can isə cəmi 7 ay baş məşqçi qala bildi. Onun rəhbərliyi altında komanda Avroliqada 24 oyunun 15-də məğlub olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp