PSJ-nin hücumçusu Uqo Ekitike “Ayntraxt”a keçib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı fransalı futbolçu Bundesliqa təmsilçisində mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Müqavilədə satınalma şərti də var.

Ekitike 2022-ci ilin yayında “Reyms”dən PSJ-yə keçib. O, Paris klubunda 33 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp