“Maraqlı oyun oldu. Hər iki komanda məzmunlu oyun sərgilədi”. Bunu futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram deyib.

Moldovalı “çərçivə” qoruyucusu Azərbaycan Kubokunun ¼ final mərhələsində “Qəbələ” ilə heç-heçə (1:1) etdikləri oyundan danışıb: “Bizim yaxşı qol epizodlarımız var idi. İkinci qolu vura bilərdik. Amma imkanlarımızdan yararlana bilmədik. İrəli baxmalıyıq, qarşıdakı matçlarda nə olacağını görəcəyik”.

30 yaşlı qolkiper hansı komandanın daha şansı olduğu barədə düşünmədiyini sözlərinə əlavə edib: “Bilmirəm ki, hansı komanda daha şanslıdır. Hazırda ancaq Premyer Liqanın 21-ci turunda “Kəpəz”ə qarşı keçirəcəyimiz matçı düşünürük. Həmin oyuna daha yaxşı hazırlaşmaq istəyirik. Səfərdə oynayacağıq və səfər matçları həmişə çətindir. Biz daha yaxşı oynayıb qalib gəlmək istəyirik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp