Dünən İtaliyanın “Ferrari” komandası Lyuis Həmiltonla uzunmüddətli müqavilə imzaladığını qısa bir şəkildə təfərrüatlara varmadan bəyan etmişdi. İtaliya mətbuatı bir qədər araşdıraraq bəzi məsələlərə aydınlıq gətirib.

Yeddiqat dünya çempionu ilə sözləşmə 2026-cı ilin sonuna qədər imzalanıb. Buna əsasən, britaniyalı pilot ilinə 100 milyon dollar qazanc əldə edəcək. Bu da Formula 1 aləmi üçün böyük rəqəmdir. Bu məbləğə sponsor ödənişləri, məvacib və müxtəlif bonuslar daxildir.

Bununla Lyuis “Ferrari” tarixinin ən yüksək ödənişli pilotuna çevriləcək. Yarışmaqdan əlavə, İtaliya komandası Həmiltonun xidmətindən müxtəlif tədbir və vasitələrlə istifadə edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp