“Çelsi” yarımmüdafiəçisi Andrey Santosu icarəyə göndərib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu mövsümün sonuna qədər “Strasburq”da (Fransa) çıxış edəcək.
Braziliyalı futbolçu bu mövsümün ilk yarısını “Nottingem”də icarə əsasında keçirib.
Santos bu mövsüm İngiltərə Premyer Liqasında cəmi 1 oyunda iştirak edib.