Beynəlxalq Şahmat Federasiyası (FIDE) yığma komandaların reytinq cədvəlini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, fevral üçün tərtib edilən siyahıda kişi və qadınlardan ibarət millilərin qarışıq reytinqində Azərbaycan 9-cu pillədə qərarlaşır. Komandamızın 2483 reytinq xalı var.

Bu baxımdan lider 2580 xalla Çindir. Hindistan 2-cidirsə (2571), ilk “üçlüy”ü ABŞ (2540) qapayır. Rusiya (2534), Ukrayna (2511), Fransa (2496), Almaniya (2491) və Polşa (2484) da yığmamızı qabaqlayırlar.

Açıq reytinqdə Azərbaycan millisi 5-ci yeri tutur – 2647 əmsal. Komandamız yalnız müvafiq olaraq ABŞ, Hindistan, Çin və Rusiyadan geri qalır.

Qadınların reytinqində isə yığmamız “10-luğ”un (2320 əmsal) “sakinidir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp