Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis növbəti dəfə Avropada yığma komandanı çalışdıracaq.

55 yaşlı çalışdırıcı bu ildən Monteneqro yığmasına rəhbərlik edəcək. Monteneqro Futbol Assosiasiyası Prosineçki ilə müqavilə imzalandığını açıqlayıb. O, bu postda dekabra istefa verən Miodraq Raduloviçi əvəzləyib.

Prosineçkinin Monteneqro yığmasında ilk oyunları marta təsadüf edəcək. Komanda gələn ayın 21-də Belarus, 26-da isə Şimali Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək. Hər iki matç Türkiyədə reallaşacaq.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan, 2018-2019-cu illərdə isə Bosniya və Herseqovina yığmasını çalışdırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp