“Real” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi 17 yaşlı ukraynalı qapıçı İlya Voloşini transfer edb.

Onunla 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Futbolçunun hazırda boyu 202 santimetrdir. Onun son klubu isə “Novelda” olub (İspaniya).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp