Ən ağır çəki dərəcəsində, uzun müddət idi ki, dünyanın bütün boks həvəskarlarının gözlədiyi döyüş təxirə salınıb. Bu barədə rəsmi açıqlama verilib.

Xatırladaq ki, titul uğrunda döyüşdə Tayson Fyuri ilə Aleksandr Usik qarşılaşmalı idi.

Döyüşün təxirə salınmasının səbəbi Tayson Fyurinin qaşından aldığı zədədir. Döyüşə iki həftə qalmış belə bir zədənin olması boksçunun iştirakını mənasız edir. Deyilənlərə görə, qaşından zədəni Fyuri məşq zamanı alıb.

Böyük ehtimalla ukraynalı boksçunun rəqibi xorvat Filipp Xrqoviç olacaq. Çünki Fyurinin sağalması bir neçə ay çəkəcək. O vaxta qədər Usik bir döyüş keçirməlidir. Hələlik, rəqiblə bağlı rəsmi məlumat verilməyib.

Əlavə edək ki, döyüş fevralın 17-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp