“Neftçi” heyətinə daha bir legioner qatmağa hazırlaşır. Bakılılar Serbiya millisinin hücumçusu Milan Pavkovla anlaşıb.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Səudiyyə Ərəbistanının “Əl-Feyxa” klubu ilə müqaviləsini pozan 30 yaşlı forvardla cari mövsümün sonunadək müqavilə imzalayacaq.

Pavkov “Srvena Zvezda” klubundakı çıxışı ilə tanınır. O, 2017-2022-ci illərdə çıxış etdiyi Belqrad təmsilçisində 106 oyuna 49 qol vurub. Futbolçu 2022-ci ilin yayından formasını geyindiyi “Əl-Feyxa” klubunda isə 26 matçda cəmi bir dəfə fərqlənib.

Pavkov “Neftçi”nin hazırkı baş məşqçisi Miodraq Bojoviçlə “Srvena Zvezda”da birlikdə çalışıblar. 2017-ci ilin ilk 5 ayını birlikdə keçirən cütlük yayda komandanı tərk edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp