“Sabah”ın məşqçisi Ruslan Qafitullin Premyer Liqanın 21-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Rəqib ilk 15-20 dəqiqədə, xüsusilə keçidlərdə çox fəal təsir bağışlayırdı. Bunun da nəticəsində hesabda önə keçdilər. Bundan sonra topa daha çox nəzarət etməyə başladıq və hesabı bərabərləşdirə bildik. Fasilədən sonra rəqibin cərimə meydançasına yaxınlaşsaq da, yüzfaizli qol epizodları yaratmaqda çətinlik çəkirdik”.

Shares: