“Qəbələ” Premyer Liqanın 21-ci turunda evdə “Zirə” ilə görüşəcək.

Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” rəqibini Qəbələ şəhər stadionunda qəbul edəcək.

Bu qarşılaşma rəqiblərin ümumilikdə 36-cı dueli olacaq. Əvvəlki 35 oyunda üstünlük “Qəbələ”nin tərəfindədir. 14 qələbəsi olan komanda eyni sayda heç-heçəyə imza atıb və 7 dəfə uduzub. “Zirə” ilə matçlarda 46 qol vuran “qırmızı-qaralar” 29 top buraxıb. Bu görüşlərdə “Qəbələ”nin ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. Ülvi İsgəndərovun hesabında üç top var.

İndiyədək keçirilən 35 görüşdən 33-ü çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 12 dəfə qalib gələn “Qəbələ” 14 matçdan 1 xalla ayrılıb. Digər 7 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 39 qol vuran “qırmızı-qaralar” 28 top buraxıb.

“Qəbələ” 18-ci dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 8 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 23 qol vuran komanda 11 top buraxıb.

Xatırladaq ki, fevralın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” matçı saat 17:30-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp