Misli Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

“Sumqayıt” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Bu qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bununla da sözügedən arena illər sonra bir çempionat matçına evsahibliyi edəcək.

Günün digər oyunu “Qəbələ” ilə “Zirə” arasında baş tutacaq.

Xatırladaq ki, daha öncə “Səbail” evdə “Qarabağ”a 1:1 hesabıyla uduzub, “Sabah” – “Turan Tovuz” matçında isə qalib müəyyənləşməyib – 1:1. Tura sabah keçiriləcək “Kəpəz”– “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
21-ci tur

4 fevral

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00.

“Qəbələ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu, 17:30.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp