Afrika Millətlər Kubokunda 1/4 final mərhələsi başa çatıb.

Futbolinfo.az xəbər verir ki, son gündə Mali yığması ilə qarşılaşan meydan sahibi Kot-d’İvuar əzmkar qələbə sayəsində yarımfinala yüksəlib.

“Qarabağ”ın futbolçusu Patrik Andradenin formasını geyindiyi Kabo-Verde millisi də Cənubi Afrika millisi ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qol vurulmayıb. Penaltilər seriyasında isə Cənubi Afrika yığması daha dəqiq olaraq (2:1) yarımfinala yüksəlib. Matçın 65-ci dəqiqəsində meydana daxil olan Andrade sonuncu penaltidən yararlana bilməyib. Onun zərbəsini rəqib qapıçı dəf edib. Buna qədər isə Andradenin 3 komanda yoldaşı topu rəqib qapısından keçirə bilməyib.

Yarımfinalda Cənubi Afrika Nigeriya ilə, Kot-d’İvuar isə Konqo Demokratik Respublikası yığması ilə qarşılaşacaq. Oyunlar fevralın 7-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp